Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentlər “Dost Aqropark”ın açılışına qatıldı

Prezidentlər “Dost Aqropark”ın açılışına qatıldı

Tarix: 20 Oktyabr 2022 15:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçılarına kompleks barədə məlumat verildi.

Sonra konsert proqramı təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdilər.

Sonra dövlət başçıları "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.

Xəbər yenilənəcək

Milli.Az


Etiketlər:  Prezidentlər Dost Aqroparkın açılışına qatıldı


RƏYLƏR