Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TikTok-da yaş məhdudiyyəti olacaq

TikTok-da yaş məhdudiyyəti olacaq

Tarix: 20 Oktyabr 2022 18:22

TikTok platformasına tezliklə yeniliklər əlavə olunacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, sözügedən yenilik yaş məhdudiyyəti ilə bağlıdır. Hazırda 16 yaşında hər hansı bir TikTok istifadəçisinin canlı yayım açması mümkünüdür. Lakin 23 noyabrdan etibarən yayımlar üçün 18 yaş tələbi olacaq.

Bundan əlavə, yayım zamanı izləyicilər üçün 18+ yaş həddi də təyin etmək  funksiyası da yaradılacaq.

Qeyd edək ki, hazırda 1000 nəfər abunəçiyə sahib istənilən istifadəçi platformada canlı yayımlar keçirə bilər.

Milli.Az


Etiketlər:  TikTok da yaş məhdudiyyəti olacaq


RƏYLƏR