Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eşqinin Aysunla bağlı paylaşımı onu hədəfə çevirdi: “Gərək arxasında duraydın...“ - FOTO

Eşqinin Aysunla bağlı paylaşımı onu hədəfə çevirdi: “Gərək arxasında duraydın...“ - FOTO

Tarix: 21 Oktyabr 2022 12:55

Son zamanlar müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın əri Eşqin Cəlilovdan boşanması xəbərləri geniş müzakirə olunur.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Aysunun sosial şəbəkə hesabında Cəlilova soyadını yenidən İsmayılova etməsi ayrılıq xəbərlərini təsdiqləyib.

Müğənninin keçmiş əri Eşqin uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

O, dostunun oxuduğu mahnını izləyicilərlə bölüşərək xoş sözlər yazıb. Lakin Eşqinin bu paylaşımı Aysunun fanatlarını qıcıqlandırıb. Onlar sosial şəbəkədə Eşqinə yazılı hücum ediblər.

Aysunun pərəstişkarları görüntülərə "Sən Aysunla yaraşırdın gərək belə tez ayrılmazdın, qəbul edib evlənmişdin gərək arxasında duraydın. Aysun səni çox sevirdi, o yaxşı qızdır",  "Bir qızın bədbəxt olmasə sizi bu qədər xoşbəxt edir?",  "Mən bu ayrılığa inanmaq istəmirəm" - kimi çoxsaylı rəylər yazıblar.

Milli.Az


Etiketlər:  Eşqinin Aysunla bağlı paylaşımı onu hədəfə çevirdi Gərək arxasında duraydın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ