Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 15:54
İran televiziyası Araz çayı boyunca keçirilən hərbi təlimləri aşağıdakı şərhlə yayımlayır: "Ey İsrail! Gözünü aç. Bu İran ordusudur. Biz Arazı keçəcəyik".
Sonxeber.net bildirir ki, SEPAH-a bağlı media ilə yanaşı, Azərbaycan əleyhinə düşmənçilik və qərəzli mövqeyi ilə tanınan İranın "SƏHƏR" telekanalının "Telegram" kanalı da İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının Azərbaycanla sərhəddə keçirdiyi provokativ hərbi təlimdən videogörüntülər yayıb.
Videoda Azərbaycan dilində uşaqların ifasında səslənən hərbi marşda Azərbaycan Respublikası təhdid edilir: "İsrail, gözlərini sil, bu sözü bil, bura İrandır, şirlər diyarıdır. Bunu İran xəbər verir, qoy bilsin və anlasın Azərbaycan!...".