Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 22:42
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin 88 yaşayış məntəqəsini azad edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Cənub" əməliyyat komandanlığından məlumat verilib.
"Müdafiə qüvvələri 12 minə yaxın insanın yaşadığı 88 yaşayış məntəqəsini azad edib", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, azad edilmiş məntəqələr arasında Novodmitrovka, Kostırka, Çereşnevoe, Novonikolaevka, Novopetrovka, Blakitnoe kəndləri də var.