Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Akıncı” PUA-larının istismarı kursunu bitirən hərbçilərimiz təltif olundular - FOTO

“Akıncı” PUA-larının istismarı kursunu bitirən hərbçilərimiz  təltif olundular - FOTO

Tarix: 22 Oktyabr 2022 08:03

Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Buraxılış mərasimində Türkiyə Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar da iştirak edib.

Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistan Respublikalarını təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

Milli.Az


Etiketlər:  Akıncı PUA larının istismarı kursunu bitirən hərbçilərimiz təltif olundular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ