Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 16:22
"Nant"ın iki futbolçusu Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında bildirib.
59 yaşlı mütəxəssis Şarl Traore və Fabionun zədəli durumda olduğunu söyləyib. Kombuare onların Liqa 1-in XII turunda "Nitsa" ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.