Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sənətimi sevməlidir, mənə heç bir qadağa qoya bilməz''

''Sənətimi sevməlidir, mənə heç bir qadağa qoya bilməz''

Tarix: 22 Oktyabr 2022 17:25

"Bu gün televiziyalarda ürəyimcə olan verilişlər çox azdır. Ona görə də efirlərə, verilişlərə çox nadir hallarda çıxıram. Çünki bir çox televiziyalardan narazıyam. Təbii ki, seçim edib verilişlərə gedirəm. Zəng edib verilişə dəvət edəndə mənimlə birlikdə qonağın kim olduğunu soruşuram. Bu mənim üçün çox önəmlidir. Hər insanla efirə çıxa bilmərəm, özümü bu cür hallardan qoruyuram!"
 
Sonxeber.net xəbər verir k, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Günay İbrahimli deyib. O daha sonra biznesindən danışıb.

"Bu gün artıq adım mənə işləyir. Qazandığım pulla hələ ki, böyük işlər görməmişəm, əlbəttə ki, nələrsə etmək fikrim var. Çünki ancaq xərcləmişəm. Toylardan, tədbirlərdən qazanırıq. Mağazamı bu günlərdə açmışam, yenidir. 7-8 aydır ki, fəaliyyət göstərir. Biznes sahəsində yeniyəm. Toylardan və tədbirlərdən əldə etdiyim pullarla avtomobil almışam, hələ ki, başqa nələrsə almamışam. Geyim mağazası açmaq ideyasını məndə insanlar yaratdı. Ələxsus da xanımlar mənə sosial şəbəkədə yazırdılar ki, mağaza açın, geyimlərinizi satışa çıxarın. Əvvəlcə bunu instaqram üzərindən etmək istəyirdim, daha sonra fikrimi dəyişdim, mağaza açdım. Mağazadan başqa biznesim yoxdur, təbii ki, filiallarının da açılmasını istərdim. İstəyirəm bu biznesimi böyüdüm" deyə müğənni bildirib.

Günay İbrahimli daha sonra sənətdən heç vaxt uzaqlaşmayacağını bildirib.

"Bəzən sual verirlər ki, ailə həyatı qurandan sonra sənətdən uzaqlaşacaqsız?". Xeyr, sənətdən niyə uzaqlaşmalıyam ki? Uzun illərdir ki, öz sahəmdə əziyyət, zəhmət çəkirəm. Bu günlərə elə-belədən gəlib çıxmamışam. Məni sevən insan, sənətimi də sevməlidir. O mənə heç bir qadağa qoya bilməz. Səhnədə də, həyatda da xoşbəxtəm. Təbii ki, xoşbəxtlik daimi olmur, sadəcə xoşbəxt anlar daha çox olur" deyə müğənni bildirib.


Etiketlər:  Sənətimi sevməlidir mənə heç qadağa qoya bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ