Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə mahnı oxuyanları qoyaram 20 yanvar dairəsində, avtovağzalda qalsınlar''

''Elə mahnı oxuyanları qoyaram 20 yanvar dairəsində, avtovağzalda qalsınlar''

Tarix: 22 Oktyabr 2022 17:45

Müğənni Səidə Sultan növbəti dəfə bayağı ifaçıları tənqid edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "MTV Magazin"ə danışıb.

Səidə deyib ki, şou-biznes proqramı dəyişməlidir:

"Bir mahnı eşitdim, deyir, kirpiyindən asaram səni. Bu harada var? O qədər bayağı sözləri olan mahnılar var ki... İnsanların qulağı "mazol" olub. Azərbaycanda şou-biznes proqramı dəyişməlidir. Belə davam etsə, maraqlı olmayacaq. Əlimdə olsa, ara musiqisini yığışdırardım. O mahnını oxuyanları qoyaram 20 yanvar dairəsində, avtovağzalda qalsınlar. Əvvəl onlar orada oxuyurdu, efirə gəlmirdilər. İndi efirə çıxırlar. Çalışaram ki, xaricdə konsertlər təşkil edim. Azərbaycan musiqisini tanıdaram. Muğam bizi yaxşı tanıtdı, adam fəxr edir. Amma musiqimizin digər janrlarını da təbliğ edərəm. Yaxşı musiqiçiləri efirə çıxararam. Çünki xalq balaca uşaq kimidir, necə tərbiyələndirsən, elə olacaq".

Milli.Az


Etiketlər:  Elə mahnı oxuyanları qoyaram yanvar dairəsində avtovağzalda qalsınlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ