Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan dəhşətli zərbə: Ukraynada kritik durum

Rusiyadan dəhşətli zərbə: Ukraynada kritik durum

Tarix: 22 Oktyabr 2022 19:03

Ukrayna ərazisində hava həyəcanı elan edilib. Bir neçə ərazidə partlayış səsləri eşidilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Nikolaev şəhərinin meri Vitali Kimin cənubdan raketlər buraxıldığını bildirib.

"Suspilne Lutsk" şəhərdə silsilə partlayışlardan xəbər verib. Hücumdan sonra şəhərin bəzi ərazilərində elektrik yoxdur. Volıniyanın Kovel şəhərində də partlayış səslərinin eşidildiyi bildirilir. Şəhərdə, Lutskda olduğu kimi, işıq və su yoxdur.

Lutsk şəhərinin meri İqor Polişçuk bildirib ki, səhət saat 10 radələrindən enerji obyektinə raket uçuşlar olduğunu təsdiqlənib: "Şəhərin bəzi yerlərində işıq yoxdur. Su ehtiyatını toplayın. Xilasedicilər hadisə yerində işləyir. Təfərrüatlar daha sonra açıqlanacaq.

"Suspilne Rivne" də yazır ki, bölgədə partlayışlar olub, sakinlər elektrik və suyun kəsilməsindən xəbər verirlər.

Rivne şəhər rəhbəri Vitali Koval zərbə olduğunu bildirib: "Qeyd edirəm, internetdə video və fotolar yerləşdirməyin. Rəsmi məlumatı gözləyin. Və sığınacaqlarda qalın".

Eyni zamanda, Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba Kiyev vilayətində hava hücumundan müdafiə sisteminin işlədiyini açıqlayıb: "Sığınacaqlarda qalın. Hava hücumundan müdafiə işlərinin, düşmən obyektlərinin və onların düşməsinin foto və video çəkilişinə qoyulan qadağanı xatırlayın. Özünüzə diqqət edin və sakit olun".

Xmelnitski rəhbəri Sergey Qamalı bildirib ki, Xmelnitski rayonunda partlayış səsləri eşidilib. Xmelnitski şəhər şurası bildirib ki, şəhərdə elektrik yoxdur.

"Mümkünsə, su ehtiyatı yaratmağınızı xahiş edirik, çünki bir müddət sonra o da yox olacaq", - meriyanın açıqlamasında deyilir. Əlavə olunur ki, rusların raket zərbəsi davam edir.

Saat 9:30 radələrində, partlayışlar haqqında ilk məlumatdan yarım saat sonra Qamalyi bildirdi ki, düşmən ərazini raketlərlə atəşə tutmağa davam edir.

Yerli media Odessa vilayətində partlayış səsləri ilə bağlı xəbərlər yayıblar.

Çernivtsi rəhbəri Ruslan Zaparanyuk bildirib ki, Dnestr bölgəsi üzərində hava xəbərdarlığı zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə raketi vuraraq gölə salıb.

Bundan əlavə, sosial şəbəkələrdə Lvov vilayətində partlayışların baş verdiyi bildirilir.

Ukraynanın kütləvi şəkildə atəşə tutulmasına Prezident Aparatı artıq reaksiya verib.

"Mülki infrastruktur və insanlarla müharibə aparan ruslardan növbəti raket atəşi. Heç nə, biz dözəcəyik. Rusların arxa cəbhədə problemlər və Ukrayna ərazilərinin işğaldan azad edilməsinin dayandırılması ilə bağlı arzusu uşaqlıqdır. Biz hər keçən gün daha da qəzəblənirik. Bu o deməkdir ki, biz daha da sərt cavab verəcəyik", - Andrey Ermak bildirib.

Milli.Az


Etiketlər:  Rusiyadan dəhşətli zərbə Ukraynada kritik durum


RƏYLƏR