Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat edib

Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra  vəfat edib

Tarix: 22 Oktyabr 2022 21:50

Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.

Milli.Az


Etiketlər:  Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ