Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeyts TƏƏCCÜBLƏNDİRİR - Bu dəfə Ağcaqanad Ferması ilə

Bill Qeyts TƏƏCCÜBLƏNDİRİR - Bu dəfə Ağcaqanad Ferması ilə

Tarix: 23 Oktyabr 2022 17:12

"Microsoft"un qurucusu Bill Qeytsin Ağcaqanad Ferması olduğunu bilirdinizmi?

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Kolumbiyanın Medellin şəhərində Bill Qeyts tərəfindən maliyyələşdirilən ağcaqanad fermasında hər həftə 30 milyon ağcaqanad yetişdirilərək təbiətə buraxılır.

Burada məqsəd ağcaqanadlar tərəfindən yayılan tropik xəstəliklərin qarşısının alınmasıdır.

İlk baxışdan məntiqli görünməsə də, təbiətə buraxılan erkək ağcaqanadlar "Wolbachia pipientis" adlı bakteriya ilə yoluxdurulduğu üçün onlardan törəyən ağcaqanad sürfələrinin həyat qabiliyyətli olmur və beləliklə,  ağcaqanadların çoxalmasının qarşısı alınır.
Ağcaqanadlar həyat boyu sadəcə bir çoxalma periodu yaşadığı üçün bu üsulla populyasiyanın sayı bir xeyli azaldılmış olur.

Milli.Az


Etiketlər:  Bill Qeyts TƏƏCCÜBLƏNDİRİR Bu dəfə Ağcaqanad Ferması ilə


RƏYLƏR