Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 21:54
Rumıniya İrəvan və Bakı arasında etibarın güclənməsi üçün AB-nin səylərini aktiv şəkildə dəstəkləyir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Rumıniya XİN rəhbəri Boqdan Auresku AB missiyasının Ermənistan-Azərbaycan sərhədinə (Ermənistan ərazisində - red.) göndərilməsi barədə danışarkən deyib.
Nazir qeyd edib ki, Cənubi Qafqaza səfərindən sonra onun təklifi əsasında Ermənistanla sərhəddə vəziyyətin monitorinqi üçün AB potensialından istifadə edilməsini alqışlayır:
"Şadam ki, bizim işimiz konkret nəticələr verir. Rumıniya öz ekspertlərinin iştirakı ilə missiyaya töhfəsini verir, regional təhlükəsizlik və sabitliyə sadiqliyini bir daha sübut edir", - nazir Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, 40 nəfər olduğu bildirilən AB missiyası 20 oktyabrdan Ermənistan tərəfdən sərhəddə monitorinqə başlayıb. Missiyanın 2 ay fəaliyyət göstərəcəyi qeyd edilir.