Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOB evlərində sahibkarlara 50 mindən çox xidmət göstərilib

KOB evlərində sahibkarlara 50 mindən çox xidmət göstərilib

Tarix: 24 Oktyabr 2022 17:36

Bu ilin yanvar-sentyabr ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 50673 xidmət göstərilib. Bu xidmətlərin 18522-si "Xaçmaz KOB evi", 32151-i isə "Yevlax KOB evi" tərəfindən həyata keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, göstərilən xidmətlərin 48425-i dövlət-biznes ("G2B"), 2248-i isə biznes-biznes ("B2B") xidmətləridir.

KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.
Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.

Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Milli.Az


Etiketlər:  KOB evlərində sahibkarlara 50 mindən çox xidmət göstərilib


RƏYLƏR