Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 19:42
Rusiyada, Tuvada 24 yaşlı yerli sakin 10 aylıq bacısı oğlunu qətlə yetirdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsindən məlumat verilib.
İstintaqın məlumatına görə, ötən il iyulun 29-da Kızılda fərdi evdə rus qadın keçmiş birgə yaşadığı şəxslə spirtli içki qəbul edərkən bacısının xahişi ilə kiçik oğluna baxıb. Böyüklərin arasında mübahisə yaranıb və sərxoş qadın həmin an qucağında körpə saxlayan kişiyə bıçaqla hücum etmək qərarına gəlib.
"Eyni zamanda bıçaq kişinin çiyninə, sonra isə uşağın kürəyinə dəyib", - deyə Komitə bildirib.
Nəticədə oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib.
İrfan Vəliyev