Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya funtu yeni baş nazirlə bağlı xəbərlər fonunda BAHALAŞIB

Britaniya funtu yeni baş nazirlə bağlı xəbərlər fonunda BAHALAŞIB

Tarix: 24 Oktyabr 2022 22:52

Britaniya funtu digər namizədlərin yarışdan çıxmasından sonra keçmiş maliyyə naziri Rişi Sunakın Mühafizəkarlar Partiyasının lideri postu, eyni zamanda baş nazir olmaq uğrunda yeganə namizəd olması xəbəri fonunda bahalaşıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, funt əsas valyutalar arasında artım üzrə lider olub. Boris Consonun namizədliyini geri götürməsindən sonra Asiya sessiyası zamanı funt/dollar nisbəti 1,1402 səviyyəsinə yüksəlib. Daha sonra cütlük mövqeyini bir qədər itirib və 0,2% ucuzlaşaraq 1,1290 səviyyəsinə düşüb.

Funtun avroya qarşı tərəddüdü daha güclü olub, avro/funt nisbəti 0,25% ucuzlaşaraq 0,8710 olub.

Qeyd edək ki, Vestminsterin ən zəngin siyasətçilərindən biri olan Sunak Kral III Çarlzın tələbi istəyi ilə yeni hökumət quracaq.


Etiketlər:  Britaniya funtu yeni baş nazirlə bağlı xəbərlər fonunda BAHALAŞIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ