Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 08:57
İran Rusiyaya kamikadze PUA-larının tədarükü ilə bağlı Ukrayna ilə birgə araşdırmaya hazırdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
O, İran PUA-larının ruslar tərəfindən istifadəsi sübuta yetiriləcəyi təqdirdə, bu məsələyə biganə qalmayacağına söz verib.
Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində aktiv şəkildə "Şahid" kamikadze dronlarından istifadə etməkdədir, İran isə bunu təkzib edir.