Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 14:52
Böyük Britaniya Kralı Çarlz Liz Trassın istefasını qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Bukinqem sarayından verilən məlumatda deyilir.
Bildirilib ki, Liz Trass istefasını rəsmi olaraq Krala təqdim etmək üçün onunla görüşüb və istefası qəbul edilib.
Rişi Sunak isə hazırda Bukinqem sarayındadır, O, Kralla görüşdükdən sonra Baş nazir kimi hökuməti formalaşdırmağa dəvət alacaq.