Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyonçu təyyarə qəzasında həlak oldu

Milyonçu təyyarə qəzasında həlak oldu

Tarix: 25 Oktyabr 2022 19:42

Almaniyalı milyonçu və "McFit" fitnes klublar şəbəkəsinin sahibi Rayner Şaller Kosta-Rika sahillərində şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində ölüb.

Milli.Az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Təyyarənin Meksikadan Limona uçduğu, lakin Kosta-Rikanın Karib dənizi sahillərində qəzaya uğradığı bildirilib. Nəşrin məlumatına görə, pilotların "Xuan Santamariya" Beynəlxalq Hava Limanının idarəetmə qülləsi ilə əlaqəsi itib.

O da məlum olub ki, Şaller təyyarədə ailəsi ilə birlikdə olub, onlardan əlavə, orada biznes maqnatının ortağı olan iki Almaniya vətəndaşı da olub.

"Səfirlik həlak olanların ailələrinə konsulluq yardımı göstərməyə hazırdır", - Almaniya Xarici İşlər Nazirliyi bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Milyonçu təyyarə qəzasında həlak oldu


RƏYLƏR