Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 12:34
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib. Bu barədə Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan bu təklifi cavabsız qoyub: "İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib", - deyə Qriqoryan vurğulayıb.
Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: "Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər", - deyə o, narazılıq edib.