Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Tarix: 26 Oktyabr 2022 19:22

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, 9 941 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.

Ölkədə son sutka ərzində 2 104, hazırkı dövrədək isə 7 311 644 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 669 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 249, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 39 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 908 602, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 944, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 830 nəfər təşkil edir.


Etiketlər:  Yoluxanların sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ