Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”

“Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”

Tarix: 26 Oktyabr 2022 20:48

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayrılan vəsait məsələsinə aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xalq yazıçısı jurnalistlərə açıqlamasında xərclərin təşkilati məsələlərə istifadə olunduğunu və hələ az olduğunu qeyd edib.

"Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın - teatrın icarə haqqı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?", - Çingiz Abdullayev qeyd edib.

Xatırladaq ki, yazıçıların qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb.

Milli.Az


Etiketlər:  Utanmırsınız Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ