Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb

Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb

Tarix: 26 Oktyabr 2022 21:12

Yerin atmosfer qatında istixana qazlarının konsentrasiyası 2021-ci ildə rekord həddə çatıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) informasiya bülletenində məlumat verilib.

"Üç əsas istixana qazının - karbon dioksid, metan və azot oksidinin atmosferdəki konsentrasiyası 2021-ci ildə yeni rekordlar vurub və bu, iqlim dəyişikliyi ilə bağlı daha bir xəbərdarlıqdır", - bülletendə deyilir.

Ötən il karbon qazının konsentrasiyası orta hesabla milyonda 415,1 hissə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 hissə çoxdur. Metan konsentrasiyası milyardda 1 908, azot oksidi isə milyardda 334,5 hissəyə çatıb ki, bu da 2020-ci il səviyyəsindən müvafiq olaraq 9 və 2,3 hissə yüksəkdir.


Etiketlər:  Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ