Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmura hücum edən rusiyalı müğənni həbs oluna bilər - VİDEO

Məmura hücum edən rusiyalı müğənni həbs oluna bilər - VİDEO

Tarix: 27 Oktyabr 2022 19:20

Məşhur müğənni Vitasa (Vitaliy Qraçev) qarşı cinayət işi açılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin karaoke barda məmura hücum etməsi olub. "112" teleqram kanalının yayımladığı videoda Vitasın Moskvadakı barda Əmək Nazirliyinin əməkdaşına hücum etdiyi görülür. Hadisə Sadovo-Kudrinskaya küçəsində yerləşən müəssisədə baş verib.

O, 38 yaşlı məmur Sultan Candıqovla aralarındakı mübahisədən sonra onun üzünə içində qaz olan maddə vurub. Məlum olub ki, həkimlər zərərçəkənə 1-ci dərəcəli kimyəvi yanıq diaqnozu qoyublar.

Bundan sonra Vitas barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 15-ci maddəsi "Qəsdən sağlamlığa az ağır zərər vurma" ilə cinayət işi açılıb. Bildirilib ki, ifaçı barəsində ya ev dustaqlığına salınması, ya islah işlərinə cəlb edilməsi, ya da 4 ay inzibati həbsi ilə bağlı qərar qəbul oluna bilər.

Hesabatda qeyd olunur ki, müğənninin istifadə etdiyi alət silah kimi tanınarsa, o zaman onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.

Qeyd edək ki, bu, Vintasla bağlı ilk belə qalmaqallı hadisə deyil. O, daha əvvəl də həbs olunub.


Etiketlər:  Məmura hücum edən rusiyalı müğənni həbs oluna bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ