Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Depp “Karib dənizinin quldurları” filminə qayıda bilər

Depp “Karib dənizinin quldurları” filminə qayıda bilər

Tarix: 27 Oktyabr 2022 20:52

"Disney" amerikalı aktyor Conni Depplə onun "Karib dənizinin quldurları" franşizasına qayıdışı barədə danışıqlar aparır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Deppə gələcək layihədə iştirak etmək üçün 300 milyon dollar təklif edilib.

Studiya nümayəndələrinin aktyorun keçmiş həyat yoldaşı Ember Hördlə məhkəməsi başlamazdan əvvəl onunla əlaqə saxladığı bildirilib.

Qeyd olunur ki, "Disney" və Depp arasındakı danışıqlar "Karib dənizinin quldurları 6" və "Qara Mirvari"nin kapitanı Sərçə Cek barədə yeni filmlərdə akyorun iştirakını nəzərdə tutur.

Hollivud ulduzunun hələlik təkliflə razılaşmadığı vurğulanır.

Milli.Az


Etiketlər:  Depp Karib dənizinin quldurları filminə qayıda bilər


RƏYLƏR