Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 15:16
Lisey və gimnaziyalara qəbul imtahanlarında şagirdlər məntiq fənnindən imtahan veməyəcəklər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev deyib ki, lisey və gimnaziyalara qəbul qaydaları dəyişib.
Onun sözlərinə görə, lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq növbəti ildən qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq.
Fuad Qarayev deyib ki, lisey və gimnaziyalara qəbul, təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq. Respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda yer tutan yuxarı sinif şagirdləri bu gimnaziyalara imtahandankənar yerləşdirilə bilər.
Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək. Qeyd edək ki, cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyalara qəbul da mərkəzləşmiş qaydada təşkil edilib. Sözügedən imtahanlarda iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib və 2638 şagird uğur qazanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: