Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı ölkələrinin ərazilərində mühafizə olunan coğrafi göstəricilərin siyahısı dərc edilib

Avropa İttifaqı ölkələrinin ərazilərində mühafizə olunan coğrafi göstəricilərin siyahısı dərc edilib

Tarix: 2 May 2019 13:18

Bakı. Trend:

Avropa İttifaqı ölkələrinin ərazilərində mühafizə olunan 3358 adda coğrafi göstəricilərin siyahısı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin “Sənaye Mülkiyyəti” rəsmi bülleteninin 2019-cu il 2-ci nömrəsində dərc edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, qeyd edilən siyahı həmçinin Mərkəzin rəsmi www.patent.gov.az saytının “Dərclər” və “Coğrafi göstəricilər” bölmələrində yerləşdirilib.

Qeyd olunan coğrafi göstəricilər barədə ətraflı məlumat almaq və ya bununla əlaqədar hər hansı məsələ ilə bağlı (+99412) 4498489 (dax: 160), mobil: 055 7825243 nömrəli telefonla Mərkəzin Beynəlxalq əmtəə nişanlarının ekspertizası sektorunun müdirinin v.i.e. Anar Hüseynovla əlaqə saxlaya bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avropa İttifaqı ölkələrinin ərazilərində mühafizə olunan coğrafi göstəricilərin siyahısı dərc edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ