Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

12 yaşlı qızın ömrünün son dəqiqələri anbaan kamerada - VİDEO

12 yaşlı qızın ömrünün son dəqiqələri anbaan kamerada - VİDEO

Tarix: 28 Oktyabr 2022 19:40

Rusiyada, Rostov vilayətinin Ust-Donetsk rayonundakı "Terehovski" fermasında 12 yaşlı qızın mağazadan çıxarkən görüntüləri ortaya çıxıb, sonradan o, binadan bir neçə metr aralıda qətlə yetirilib.

Milli.Az bildirir ki, "Life" müşahidə kameralarından video yayımlayıb.

Məktəbli qız valideynlərinin istəyi ilə aldığı çörəyi əlində tutub ərzaq mağazasından çıxıb. O, ətrafa baxıb və sakitcə yolu keçib. Kadrlarda uşaqdan başqa heç kim olmayıb, bir maşın mağazanın yanında dayanıb, amma görünüb ki, içində sürücü yoxdur.

Qeyd edək ki, Rostov vilayətində 12 yaşlı qız öldürülüb. O, Ust-Donetsk vilayətində, "Terehovski" fermasında kəllə-beyin travması və çoxsaylı bıçaq xəsarətləri olan halda tapılıb. Qız valideynlərinin xahişi ilə qonşu kənddə yerləşən mağazaya çörək almağa getsə də, evə qayıtmayıb. Uşağın meyiti ərzaq mağazasından bir qədər aralıda tapılıb, yanında iki çörək olub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  12 yaşlı qızın ömrünün son dəqiqələri anbaan kamerada VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ