Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 20:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Paşinyan belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.
"Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.