Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2022 18:54
İtaliya hökuməti Ukraynaya beşinci hərbi yardım paketinin bir hissəsi olaraq 20-dən 30-a qədər "M109L" özüyeriyən artilleriya qurğusunu təhvil verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" nəşri yazıb.
Qəzet qeyd edir ki, Kiyevə müəyyən növ ağır silahlar, o cümlədən "M113" zirehli transportyorları, altı "PzH 2000" ağır haubitsaları və iki MLRS reaktiv yaylım atəşi sistemi göndərilib.
Bundan əvvəl İtaliya Kiyevə Xarkov və Donetsk vilayətlərində istifadə olunan Fh70 haubitsalarını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xerson və Zaporojye vilayətlərində hücum bölmələrinin sərəncamında olan "Lince" zirehli texnikasını ötürüb.