Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beşinci sinif şagirdi huşsuz vəziyyətdə tapıldı

Beşinci sinif şagirdi huşsuz vəziyyətdə tapıldı

Tarix: 1 Noyabr 2022 01:32

Rusiyada, Vıborqda uşaq meydançasında huşsuz vəziyyətdə olan beşinci sinif şagirdi tapılıb.

Sonxeber.net bildirir ki, 12 yaşlı şagird komaya düşüb və xəstəxanaya yerləşdirilib.

Uşaq oktyabrın 30-da axşam saat 16:30-da Primorskoye şossesində evin yaxınlığında tapılıb. Beşinci sinif şagirdindən spirt iyi gəlib və sonradan həkimlər uşağa qapalı kəllə-beyin travması diaqnozu qoyublar. Şagird reanimasiyaya yerləşdirilib.

Nəşrin məlumatına görə, beşinci sinif şagirdi taksi sürücüsü işləyən anası və onun işsiz birgə yaşadığı kişi ilə yaşayır. Ailə polis qeydiyyatında olmayıb.

İrfan Vəliyev


Etiketlər:  Beşinci sinif şagirdi huşsuz vəziyyətdə tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ