Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gərək nə qədər əbləh olasan ki, müəlliflərin adlarını afişalardan çıxarasan...''

''Gərək nə qədər əbləh olasan ki, müəlliflərin adlarını afişalardan çıxarasan...''

Tarix: 1 Noyabr 2022 03:15

24 fevraldan sonra ölkəni tərk edən rusiyalı artistlər, bəzi məlumatlara görə, fəxri adlardan və müvafiq ödənişlərdən məhrum edilə bilər. Yoxlanılmayan məlumata görə, Rusiyanın Mədəniyyət Nazirliyində artıq müvafiq qanun layihəsi hazırlanır.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Meş" "Telegram-kanal"ı məlumat verib. Həm də bu tədbir təkcə ölkəni tərk edən ulduzlara deyil, Rusiya ordusunun Ukraynadakı hətəkətlərinə dəstək verməyən və ya açıq şəkildə müharibəni pisləyənlərə də toxunacaq. Kanal qeyd edir ki, hətta mükafatlardan və vətəndaşlıqdan məhrum etməyin mümkünlüyü də müzakirə edilib. 

Mədəniyyət Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib. Kanal xatırladır ki, Rusiyadan gedənlərin sırasında o cümlədən musiqiçi Andrey Makareviç, müğənni Alla Puqaçova, şoumen Maksim Qalkin, gülüş ustası Semyon Slepakov və başqaları var.

Rusiyanın Mədənyyət Nazirliyi Rusiyanı tərk edən məşhurların adlarının afişalardan yoxa çıxmasını məntiqi hesab edir.  Onlar ölkəni "mürəkkəb dönəmində" tərk edib və onun mədəniyyətinə qarşı "açıq şəkildə çıxış edib". 

Məlumata görə, nazirliyin ünvanına onların belə davranışlarından qəzəb keçirən rusiyalılardan, guya, çoxsaylı müraciətlər daxil olub. Andrey Makareviç baş verənlərlə bağlı deyib:

"Gərək nə qədər abləh olasan ki, müəlliflərin adlarını afişalar və üz qabıqlarından çıxarasan!"- musiqiçi hiddətlənib.


Etiketlər:  Gərək qədər əbləh olasan müəlliflərin adlarını afişalardan çıxarasan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ