Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hozu”nun qala gecəsinə həyat yoldaşı ilə gələn Kamilə: “Sürpriz oldu” - FOTO

“Hozu”nun qala gecəsinə həyat yoldaşı ilə gələn Kamilə: “Sürpriz oldu” - FOTO

Tarix: 1 Noyabr 2022 13:55

"Builki "Hozu"nun çəkilişlərində ən çətin məqam yatmamağımız idi. Çəkilişlər səhərə kimi davam edirdi, biz də məcbur oyaq qalırdıq. Çəkiliş zamanı mənəvi ab-hava var idi. Kimin üçünsə başqa prioritetlər üstün olur.

Mənim üçünsə mənəviyyat və bir insanın saf ruh halı çox vacibdir. Və mən onu burada gördüm. Elə ilk növbədə "Hozu"nun qəhrəmanının özündə. O, çox işıqlı və mehriban insandır. Onun bu halı isə hamımız təsir edirdi".

Milli.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı və "HOZU - cangüdən" filmində rol olan Kamilə Babayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində baş tutan ekran işinin qala gecəsində deyib.

Teleaparıcı təqdimata həyat yoldaşı İbrahim Rzabəyovla gəlməsinin səbəbini belə izah edib:

"Çox nadir hallarda biz birlikdə harasa gedirik, xüsusi ilə də qala gecələrə. Əslində həyat yoldaşımın gəlməsinə çox təəccübləndim. Qala gecəyə qatılmaq üçün mənə bir neçə bilet verdilər. Düşündüm o bileti rəfiqələrim arasında bölüşdürüm. Birdən- birə söylədi ki, səninlə qala gecəyə mən də gəlirəm. Onun bu addımı mənim üçün xoş sürpriz oldu".

"Həyat yoldaşınız qala gecəyə gəlsə də, qızınız Natella gözümüzə dəymədi?" sualına K.Babayeva "Natella eşidəndə ki, qala gecəyə gedirəm və ona söyləməmişəm məndən incidi. Amma eybi yox, evə gedib könlünü alaram" cavabını verib.

Milli.Az


Etiketlər:  Hozunun qala gecəsinə həyat yoldaşı ilə gələn Kamilə Sürpriz oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ