Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvə içənlərdə qanazlığı, dəmir defisiti olur - Ekspertlər

Qəhvə içənlərdə qanazlığı, dəmir defisiti olur -  Ekspertlər

Tarix: 1 Noyabr 2022 22:27

Alimlər qəhvə çox içənlərdə müəyyən defisitlər olduğunu açıqlayıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, səhər və yeməkdən sonra qəhvə içməyə vərdiş edənlərdə dəmir defisitli anemiya olur, yəni qanazlığı.
Britaniyalı dietoloq Roksana Bakker bunun səbəbini izah edib.

"Qəhvədə polifenol var, bu turşu dəmirin sovrulmasına mane olur. Əgər bir insanda bu element əvvəldən azdırsa, vəziyyət dərinləşir. Dəmirin qanda səviyyəsi aşağı hədlərə düşür.

Yeməkdən öncə və sonra içilən bir fincan qəhvə dəmirin sovrulmasını 40-60% azaldır, bu isə dəhşətli fəsadlar deməkdir.

Digər kofein tərkibli içkilər də, tünd qara çay, matça, energetik içkilər eyni təsiri göstərir.

İnsanlar bəzən qəhvəni digər içkilərlə səhv salır: onu su, şirə kimi içir. Dəmir defisitli anemiya isə bədəni oksigensiz qoyur, insan halsız olur".


Etiketlər:  Qəhvə içənlərdə qanazlığı dəmir defisiti olur Ekspertlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ