Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentdən “AccessBank”la bağlı sərəncam

Prezidentdən “AccessBank”la bağlı sərəncam

Tarix: 2 Noyabr 2022 15:30

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alınır:

- Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2022-ci il iyulun 30-da imzalanmış "Azərbaycan Respublikasının Hökuməti, "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti və "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edilsin.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az


Etiketlər:  Prezidentdən AccessBankla bağlı sərəncam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ