Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurskda terror təhlükəsi yüksək həddə çatdı

Kurskda terror təhlükəsi yüksək həddə çatdı

Tarix: 3 Noyabr 2022 08:50

Ukrayna ilə həmsərhəd Kursk vilayətində terror təhlükəsinin yüksək ("sarı") səviyyəsi noyabrın 21-dək uzadılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Starovoit özünün teleqram kanalında məlumat verib.

"Əsas vəzifəmiz təxribat və terror aktlarının qarşısını almaqdır. Biz regionun həyati fəaliyyətini təmin edən obyektlərdə xüsusi nəzarəti davam etdirəcəyik. Terrorun "sarı" səviyyəsi dövründə də tətbiq edilən bütün tədbirləri qoruyub saxlayacağıq. Biz bu rejimi noyabrın 21-dək uzadacağıq", - deyə məlumatda bildirilib.

O qeyd edib ki, dəmir yolu və avtomobil stansiyalarında da yoxlama tədbirləri gücləndiriləcək. Eyni zamanda, polis əməkdaşları üçün əlavə brifinqlər keçiriləcək, zəruri hallarda ictimai yerlərdə patrul xidməti gücləndiriləcək.

Milli.Az


Etiketlər:  Kurskda terror təhlükəsi yüksək həddə çatdı


RƏYLƏR