Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynada bu qədər zabit itirib - Şok rəqəm

Rusiya Ukraynada bu qədər zabit itirib - Şok rəqəm

Tarix: 3 Noyabr 2022 09:40

Rusiya ordusunun Ukraynadakı müharibədə itirdiyi zabitlərin sayı 1402 nəfərə çatıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığının Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

"Ukraynada 1402 rus zabit zərərsizləşdirilib. Yüksək rütbəli zabitlər bu göstəricinin 26 faizini təşkil edir", - deyə bildirilib.

Qeyd edilib ki, Ukraynada Rusiyanın 2 general-leytenantı, 8 general-mayoru, 44 polkovniki, 98 polkovnik-leytenentı, 193 mayoru, 279 kapitanı, 471 baş leytenantı, 235 leytenantı və 72 digər hərbi rütbəli şəxsi öldürülüb.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynada bu qədər zabit itirib Şok rəqəm


RƏYLƏR