Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 09:56
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
Sonxeber.net xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, nazir müavini hazırda vəzifəsini icra edir.
Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.