Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi təyinatlıların təlimi davam edir: şərti düşmən belə məhv edilir - VİDEO - FOTO

Xüsusi təyinatlıların təlimi davam edir: şərti düşmən belə məhv edilir - VİDEO - FOTO

Tarix: 3 Noyabr 2022 10:14

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən xəbərə görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.

Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.

Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.

Xüsusi təyinatlıların təlimi davam edir.


Etiketlər:  Xüsusi təyinatlıların təlimi davam edir şərti düşmən belə məhv edilir VİDEO FOTO


RƏYLƏR