Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yusif Mustafayev qorxusundan xaricdəki toylara getmir

Yusif Mustafayev qorxusundan xaricdəki toylara getmir

Tarix: 3 Noyabr 2022 10:25

Əməkdar artist Yusif Mustafayevin aerofobiyası (təyyarə ilə uçmaqdan qorxmaq) olduğu üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,, bu barədə sənətçi "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, bu səbəbdən nə xaricdə istirahət edir, nə də orada keçirilən toylara gedir. Müğənni aparıcının "Xaricdən böyük məbləğdə toy təklifi gəlsə, getməzsiniz" sualına isə belə cavab verib:

"Getmərəm, əgər alnıma yazılıbsa, harada olmağıma baxmayaraq Allah o bərəkəti mənə verəcək. Qurban olum Azərbaycanın bərəkətinə. Deyirlər ki, uzaq yerin halvasın, hoza ilə döyərlər. Arıq öz yerində kökələr".

Milli.Az


Etiketlər:  Yusif Mustafayev qorxusundan xaricdəki toylara getmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ