Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyalılar Liz Trassın nəhəng təsvirini yandıracaqlar - FOTO

Britaniyalılar Liz Trassın nəhəng təsvirini yandıracaqlar - FOTO

Tarix: 3 Noyabr 2022 19:42

Noyabrın 5-də Britaniyada Qay Foks Gecəsi qeyd olunacaq.

Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan birinin bu məlumatı ağzından qaçırması nəticəsində alınıb. O vaxtdan bəri Qay Foksun təsviri ənənəvi olaraq hər il atəşfəşanlıq sədaları altında yandırılır.

Edenbridcdə isə son 20 ildir ki, daha bir ənənə peyda olub. Orada Foksun əvəzinə digər məşhurların təsvirləri yandırılır. Ötən illərdə Qay Foksu Boris Conson, Donald Tramp və hətta Səddam Hüseyn "əvəz edib". Bu il isə orta əsr sui-qəsdçisinin yerini Consondan sonra qısa müddət krallığın baş naziri olmuş Liz Trass tutacaq.


Etiketlər:  Britaniyalılar Trassın nəhəng təsvirini yandıracaqlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ