Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutulub

Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutulub

Tarix: 5 Noyabr 2022 15:28

Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutulub


RƏYLƏR