Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quba sakinindən narkotik götürülüb

Quba sakinindən narkotik götürülüb

Tarix: 5 Noyabr 2022 18:30

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə aid evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Quba sakinindən narkotik götürülüb


RƏYLƏR