Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Rusiyaya yeni kamikadze PUA-lar yolladı - FOTO

İran Rusiyaya yeni kamikadze PUA-lar yolladı - FOTO

Tarix: 5 Noyabr 2022 23:18

İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində PUA-lar ola bilər.

Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, İl-76 noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı "Vnukovo" hava limanına enib.

Hərbi ekspert Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan "Pouya Air" aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.


Etiketlər:  İran Rusiyaya yeni kamikadze yolladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ