Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan həyatını xilas edə biləcək 5 zəhər

İnsan həyatını xilas edə biləcək 5 zəhər

Tarix: 5 Noyabr 2022 23:27

Bir çox zəhər və toksinlər az dozada daxilə qəbul edildikdə, müalicəvi təsir edə bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu gün farmaseptik sənayedə dərman vasitələrində ən çox istifadə edilən toksiki maddələrdən danışacağıq.

Konus ilbizinin zəhəri - dəniz ilbizidir. Onlar riflərdə yaşayır, xırda balıqları ovlamaq üçün onları neyrotoksiki təsirli zəhərləri ilə zəhərləyir.

Çox zaman dalğıc və üzgüçüləri də dişləyir, bu zaman ağrı və bir hissəvi iflic olur.
Bu zəhərdə qıcolmaları sakitləşdirən maddə var. Bu zəhər əsasında hazırlanan dərman ən güclü ağrıkəsicilərdəndir

Akonit bitkisinin zəhəri - Rusiyada, Avropada bir çox bağlarda var.

Onun çiçəklərində güclü zəhər olur. Akonitin adlı toksin tənəffüs və ürəyi dayandırır, qan dövranını zədələyir.
Hazırda Nepalda vəhşi heyvan ovçuları hələ də oxun ucunu bu zəhərlə zəhərləyir.

Orta əsrlərdə bu bitkidən alınmış dərmanlar angina, laringit, astma tutmalarında istifadə olunub.
İndi akonik əsasında hemeopatik dərmanlar hazırlanır, onlar onkoloji xəstəliklərdə istifadə olunur.

Digitalin - iri qırmızı çiçəkləri olan bitkidir. Bir çox ölkələrdə çəmənlərdə, çöllərdə yetişir. Əgər insan onun bir yarpağını təsadüfən yesə,ürək problemi ola bilər.

Hazırda digitalis xroniki ürək xəstələrinin əsas dərmanlarının tərkibindədir.

Konttortrostatin - zəhərli ilandır. Bu ilanın zəhərində olan zülal şiş hüceyrələrinin və metastazın qarşısını ala bilər.
Hələ ki, bu yeni kəşf olunduğu üçün bu zəhər əsasında dərman hazırlanmayıb.

Konin - bitkisinin kökündən tutmuş çiçəklərinə kimi xeyli alkaloid toksinləri ilə zəngindir. Bu maddə mədəyə düşdükdə, tez qana sovrulub, sinir sistemini iflic edir.

İnsan boğulmadan ölür. İnsanlar onu qıtıqotu, cəfəri ilə səhv sala bilərdi.
Xalq təbabətində bu bitki ilə menstrual pozulmaları, mədə-bağırsaq koliklərini, anemiyanı, baş ağrılarını, quru öskürəyi müalicə edirdilər.

Milli.Az


Etiketlər:  İnsan həyatını xilas edə biləcək 5 zəhər


RƏYLƏR