Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 00:00
Xəbər verdiyimiz kimi, aktyorlar Kadir Doğulu ilə həyat yoldaşı Neslihan Atagülün rol aldığı "Gecənin ucunda" serialındakı qəbir səhnəsi müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Kadir belə ritualların real həyatda da edildiyini bildirib:
"Ssenaristlər belə uyğun gördülər. Bütün mədəniyyətlərimizdə bu cür rituallar var. İnsan başa düşməlidir ki, hər an nəsə ölür və doğulur. Kin, nifrət ölə bilər. Onu həvəs, sevinc və gələcəyə ümid əvəz edə bilər. Rituallar bunun üçündür. Yolunda getməyənləri öldür, yaxşılara isə həyat ver".