Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazik bağırsağın xərçəngi

Nazik bağırsağın xərçəngi

Tarix: 6 Noyabr 2022 07:12

Nazik bağırsağın xərçəng xəstəliyi nadir hallarda rast gəlinən və diaqnozu çətin təyin oluna bilən xəstəlikdir. Adətən bədxassəli olur və yayılaraq bağırsağın həm daxilinə, həm də xaricinə doğru inkişaf edir. Xəstəlik öz inkişaf mərhələsini başa çatdırdıqda, şiş hətta böyük ölçüyə malik ola bilir.
Xəstəliyin əmələ gəlməsinin səbəbi elmə məlum deyil. Amma, xəstəliyə qarşı genetik meyilliyin olmasını qeyd etmək lazımdır. Nazik bağırsağında xərçəng olan xəstələrin ananezini araşdırdıqda onların ailələrində də bu xəstəliyin olması ortaya çıxır. Xəstəliyin əmələ gəlməsində heyvani və sintetik yağların səbəb olma ehtimalı var. Nazik bağırsağın şişinin bəxxassəli olması onun ölçüsündən, qanaxmaya meyilli olmasından asılıdır. Xəstəliyin ilkin əlamətləri özünü uzun müddətli qəbizliyi olması və qarında ağrıların baş verməsi ilə göstərir. Şiş toxumasında hemangioma əmələ gəlibsə, xəstədə qanaxmalar da baş verə bilir ki, bu da anemiyaya səbəb ola bilir. Şişin ölçüsü iri olduqda xəstədə ürəkdöyünmə, sancılı ishallar baş verir, xəstə arıqlayır. Şiş toxuması böyüyüb mədəaltı vəzi sıxdıqda, vəz öz funksiyalarını normal yerinə yetirə bilmir. Bu zaman xəstələrdə aşağıdakı əlamətlər meydana çıxa bilir:
- zəiflik
- qanda şəkərin aşağı düşməsi
- qidadan doymamaq.
Xəstəliyə çətinliklə diaqnoz qoymaq olur. Çünki qarında kütlənin olması, yalnız kütlə böyük olduqda bilinir. Diaqnoz qoymaq üçün endoskopik üsuldan və rentgenoqrafiyadan istifadə etmək lazımdır.
Nazik bağırsağ xərçənginin müalicəsi cərrahi yolla aparılır. Şiş toxuması ətraf toxumalarla və zədələnmiş bağırsaqla birlikdə kəsilib götürülür. Xəstəyə kimya terapiyası təyin edilir.


Etiketlər:  Nazik bağırsağın xərçəngi


RƏYLƏR