Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 14:12
Avropa ölkələri öz əsgərlərini Ukraynaya göndərməyə hazır deyillər, lakin Polşanın NATO-nu münaqişəyə sürükləyə biləcəyi qorxusu var.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ dəniz piyadalarının kəşfiyyat xidmətinin keçmiş zabiti Skott Ritter bildirib.
"Avropa xoşbəxt deyil: Polşanın NATO-nu bu münaqişəyə cəlb etməsindən narahatdır. İndi Avropada heç kim Ukraynaya hərbi personal göndərməyə həvəsli deyil", - Ritter söyləyib.
Ritterin sözlərinə görə, Ukraynaya hərbi personal göndərmək üçün Şimali Atlantika Alyansı ölkələrində hava hücumundan müdafiə sistemlərinin və ağır zirehli texnikanın gücünə tab gətirə biləcək lazımi infrastruktur yoxdur.