Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mühərriyi söndürməyən qadın üç dəfə öz avtomobilinin təkərləri altında qaldı - FOTO

Mühərriyi söndürməyən qadın üç dəfə öz avtomobilinin təkərləri altında qaldı - FOTO

Tarix: 6 Noyabr 2022 14:32

Mühərriyi işlək vəziyyətdə avtomobildən çıxan qadını öz avtomobili tərəfindən 3 dəfə vurulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəribə hadisə İsveçrədə baş verib.

Polisin məlumatına görə, 45 yaşlı sürücü baqajdan nəsə götürmək istəyirmiş. Ancaq avtomobil qəfildən geriyə doğru hərəkət edib və sürücünün üstündən keçib. Sonra nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub və əks istiqamətdə hərəkət etməyə başlayıb, orda isə bordürə çırpılaraq yenidən geriyə qayıdıb. Nəticədə qadın üç dəfə maşınının təkərləri altında qalıb.

Məlumata görə, sürücü xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Mühərriyi söndürməyən qadın üç dəfə öz avtomobilinin təkərləri altında qaldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ