Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağın dahi doğulmasına kömək edən 3 ŞƏRT

Uşağın dahi doğulmasına kömək edən 3 ŞƏRT

Tarix: 6 Noyabr 2022 20:33

Hamiləlikdə 3 sadə şərti yerinə yetirməklə dünyaya ağıllı övlad gətirmək olar.

Bu barədə rusiyalı həkim və teleaparıcı Yelena Malışeva danışıb.

O, dünyaya dahi övlad gətirmək istəyən cütlüklərə tövsiyə verib. Həkimin sözlərinə görə, statistikalar göstərir ki, ən ağıllı uşaqlar sentyabrda doğulur. Odur ki, hamiləliyi yanvar ayına planlaşdırmaq lazımdır.

Mütəxəssisin fikrincə, 3 şərtdən birincisi odur ki, hamiləlik dövründə müntəzəm gəzinti və yüngül rəqslər faydalıdır. Hamiləlik dövründə rəqslə məşğul olan qadınların dünyaya gələn uşaqları daha yüksək intellekt göstəricilərinə malikdir və bu barədə sübutlar var.

"Fakt budur ki, qadın hərəkətdə olarkən uşaq əlavə qan, qida və oksigen axını alır", - həkim qeyd edib.

İkinci şərt düzgün qidalanmadır. Doğulmamış körpənin beyni və ananın sağlamlığı üçün yumurtanın tərkibindəki xolin və balıqdakı Omeqa-3 turşuları olduqca faydalıdır.

Üçüncü şərt çox qəribə və bir o qədər maraqlıdır. Belə ki, hamilə qadının oxuduğu mahnılar körpənin inkişafına təsir edir.

"Bütün mahnılar sakit və melodik olmalıdır. Tədqiqatlar göstərib ki, ana hələ doğulmamış körpəsinə mahnı oxuyanda onun sinir ritmləri bərabərləşir və sinir əlaqələri daha yaxşı qurulur", - Malışeva vurğulayıb./publika.az


Etiketlər:  Uşağın dahi doğulmasına kömək edən ŞƏRT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ